Modern.az

Prezident ikinci arvadını da boşayır

Prezident ikinci arvadını da boşayır

Reportaj

17 Aprel 2015, 22:00


Estoniya prezidenti Toomas Hendrik İlves arvadı Evelin İlvesi boşayır. Modern.az saytı bildirir ki, bu haqda Estoniya prezidentinin saytında xəbər verilib. Qərar aprelin 30-dan qüvvəyə minəcək, keçmiş ər-arvad qızlarını birgə böyüdəcəklər.

2004-cü ildə evlənən Toomas Hendrik İlves və Evelin İlvesin qəbul etdikləri şəxsi qərar dövlət başçısının professional fəaliyyəti ilə bağlı deyil. Onlar yetkinlik yaşına çatmayan uşağı nəzərə alaraq KİV-dən bu məsələyə anlaşıqla yanaşmağı xahiş ediblər.

Qeyd edək ki, Evelin İlves Estoniya prezidenti Toomas Hendrik İlvesin ikinci arvadıdır.

47 yaşlı Evelin İlves ixtisasca həkimdir. O, 1996-2001-ci illərdə isə Toomas Hendrik İlvesin marketinq üzrə direktoru işləyib.
Prezidentdən 14 yaş kiçik olan Evelin İlves Toomas Hendrik İlvesin sevgilisi olanda gələcək dövlət başçısı amerikalı Merri Bulokla evliydi və iki azyaşlı uşağı vardı.
Toomas Hendrik İlves və Evelin İlves 7 illlik sevgili həyatından sonra evlənəndə artıq 6 aylıq bir qız uşaqları vardı.

Estoniya mətbuatı prezident Toomas Hendrik İlveslə arvadı Evelin İlvesin ayrılığına səbəb kimi ötən ilin avqust ayında birinci xanımın gənc bir oğlanla qucaqlaşmasını əks etdirən fotoları göstərib. Birinci xanımın Tallindəki kafedə gənc bir şəxslə öpüşməsi Baltik ölkəsində böyük qalmaqala səbəb olmuşdu.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu