Modern.az

Deputat məmurları zəli ilə müqayisə etdi: “İllərdir insanların qanını, canını, pulunu sorur, doydum demirlər”

Deputat məmurları zəli ilə müqayisə etdi: “İllərdir insanların qanını, canını, pulunu sorur, doydum demirlər”

18 Aprel 2015, 01:28


Azərbaycanda məmurların fəaliyyətinə birmənalı münasibət yoxdur. Xüsusilə bir sıra yüksək çinli dövlət qulluqçularının korrupsiya və rüşvətə bulaşdığı dəfələrlə ölkə rəhbərliyi tərəfindən də etiraf olunub və hədələniblər. Ölkədə məmur özbaşınalığı, korrupsiya və rüşvətə qarşı rəsmi səviyyədə mübarizə aparılsa da, hələ ki bəzi hallarda əsasən orta və xırda dövlət qulluqçularının ifşa olunduğunu müşahidə edə bilirik.

Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycandakı bəzi məmurların dövlət və xalqın malına qənim kəsilməsini nəzərdə tutaraq, onları zəli ilə müqayisə edib.

Modern.az-ın məlumatına görə, millət vəkili bununla əlaqədar ad çəkməsə də, məmurları hədəfə alıb.

”Zəlinin faydası haqqında eşitmişdim, ancaq nədənsə indiyədək istifadə etməyə risqli yanaşırdım. Ötən gün qorxu sindromunu aşmaq üçün həkim dostumun israrı ilə faydalanmağa başladım. Əməlli-başlı insan qanını duruldurmuş. Ən çox zövq aldığım isə zəlilərin müdrikliyi, gözü-könlü toxluğu idi. Demək zəli deyilən bu sürünən qanla qıdalanır və doyandan sonra insandan əl çəkib yerə düşür. Bizdə xeyli səlahiyyətli adamlar tanıyıram ki, illərdir insanların qanını, canını, pulunu sorurlar, doydum demirlər. Yapışdıqları yerdən tutaraq yerə düşmək istəmirlər. Azərbaycanda Allahın zəlisindən də ibrət götürəsi xeyli məziyyətlər varmış...”, - Fazil Mustafa bildirib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama