Ötən gün Ermənistanın Lori vilayətində hərbçiləri daşıyan “Ural” markalı yük maşını dərəyə aşıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Spitak-Yerevan yolunda baş verən qəza nəticəsində maşının sürücüsü Artyom Tovmasyan (1995) həlak olub. Daha 9 hərbçi isə müxtəlif xəsarətlər alıb.
Yerevan Mərkəzi Klinik xəstəxanasına çatdırılan hərbçilərdən 1-nin əməliyyat olunduğu, 3-nün isə reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
Qəzanın erməni hərbçilərinin təlimdən sonra Vanadzordakı hərbi hissələrinə qayıdarkən baş verdiyi aydınlşaıb.
Modern.az