Modern.az

Konstitusiya Məhkəməsindən kredit borclarına dair AÇIQLAMA - Manatla qaytarmalı, yoxsa dollarla?

Konstitusiya Məhkəməsindən kredit borclarına dair AÇIQLAMA - Manatla qaytarmalı, yoxsa dollarla?

İqtisadiyyat

18 Aprel 2015, 15:40


Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ölkə vətəndaşlarının kredit borcları ilə bağlı məsələyə növbəti dəfə münasibət bildirib.

Modern.az saytı AzərTAc-a istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsi Aparatının mətbuat xidmətinin açıqlamasında deylir:

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib. Eyni zamanda, Mülki Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi, o cümlədən Sizin qaldırdığınız məsələnin həlli də soruşulur. Həmin sorğu və müraciətə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mayın 7-də baxılacaq.

 Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir, o cümlədən məhkəmələr üçün məcburi xarakter daşıyır. Odur ki, məhkəmə qərarlarının obyektiv və hüquqi cəhətdən əsaslı olmasının vacibliyini nəzərə alaraq, məhkəmələr qeyd edilən məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun yekun qərarını gözləməlidirlər”.

Xatırladaq ki, fevralın 21-də Mərkəzi Bank manatın məzənnəsinin devalvasiyası ilə bağlı müvafiq qərar qəbul edib. Həmin qərar vətəndaşlar arasında bir sıra suallar yaradıb. Hazırda bəzi vətəndaşları kredit borcunun hansı məzənnə ilə qaytarılması sualı maraqlandırır.
Mətbuatda bu barədə ayrı-ayrı vətəndaşların fikirləri də yer alıb. Lakin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, son sözü yəqin ki, Respublika Konstitusiya Məhkəməsi deyəcək.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama