Modern.az

Qarabağda müharibə başlasa, Rusiya Türkiyəni sıxışdıracaq

Qarabağda müharibə başlasa, Rusiya Türkiyəni sıxışdıracaq

19 Aprel 2015, 23:00

“Mən hələ ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmaq üçün ciddi imkanlarını görmürəm. Azərbaycan müstəqil şəkildə inkişaf edir və müşahidəçi rolundadır”.

Modern.az saytının məlumatına görə bunu Ermənistan mətbuatına müsahibəsində MDB ölkələri üzrə İnstitutun Qafqaz bölməsinin rəhbəri, Rusiyanın tanınmış hərbi ekspert Vladimir Yevseyev deyib.

Politoloq Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olması ilə bağlı sualı cavablandırarkən Dağlıq Qarabağ münaqişəsinin hələ də davam etdiyini xatırladıb. O bildirib ki, Qarabağ münaqişəsi hələ uzun müddət davam edəcək.

Ekspert Dağlıq Qarabağa münaqişəsi fonunda  Azərbaycanın Avrasiya Birliyinə üzvlük perspektivinin mümkünsüzlüyünü vurğulayıb.

“Azərbaycanın Ermənistanla eyni ittifaqda bərabərhüquqlu üzv ola bilməsini anlamaq çətindir. Hesab edirəm ki, Azərbaycanın bu ittifaqa tamhüquqlu üzvlüyü məsələsi müzakirə edilmir. Ola bilər ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına qismən üzv olsun. Ancaq bu, real dividentlər olacağı halda mümkündür. Azərbaycan həmişə xatırlatmağa məcburdur ki, orada Ermənistan varsa, onda bu üzvlük baş tuta bilməz. Hər halda, Qarabağ münaqişəsinin nizama salınmasına qədər mən Azərbaycan üçün başqa perspektivlər görmrürəm”,-deyə o söyləyib.  

Hərbi ekspert Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində  yaranan gərginliyin artdığını bildirib. Politoloqun fikrincə, Rusiya Cənubi Qafqazda, həmçinin İran və Türkiyədə sabitliyin olmasında maraqlıdır.  

“Ancaq bunu ABŞ barədə demək olmaz. Regionda destabilizasiyanın yaranması ABŞ-ın maraqlarını təmin etməyə şərait yaradır. Rusiya isə sabitlik istəyir. Əgər bu məsələdə destabilizasiya olacaqsa, onda bu, Şimali Qafqaza da çatacaq. Buna görə bizim üşün sabitlik prioritet hesab edilir”.

Vladimir Yevseyev Qarabağda müharibənin başlanacağı təqdirdə Rusiyanın proseslərdə təşəbbüsü hansı dərəcədə ələ almaq imkanlarından da danışıb:  

“Hər şeydən əvvəl  Rusiya Türkiyənin bu müharibədə iştirak etməməsini təmin edə bilər. Bu çox əhəmiyyətli məsələdir. Əgər Rusiya Türkiyənin müharibədə iştirak etməyəcəyinə dair zəmanət verirsə, bu o deməkdir ki, münaqişə genişmiqyaslı, regional xarakterli olmayacaq. İkincisi, Rusiya sülhün maksimum şəkildə sürətli əldə ediməsində maraqlı olacaq. Bunun üçün münaqişənin istənilən formada kəskinləşməsi böyük miqdarda mənfi elementi özündə ehtiva edir. Əgər vəziyyət kritikləşəcəksə, Rusiya Ermənistanı qoruyacaq”,-deyə şərh edib.


Aqşin Kərimov 


Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi