Modern.az

Xoşqədəm Hidayətqızı verilişinin adını DƏYİŞDİ - ANS onu bu adla efirə verəcək

Xoşqədəm Hidayətqızı verilişinin adını DƏYİŞDİ - ANS onu bu adla efirə verəcək

20 Aprel 2015, 00:12


”Səni axtarıram” verilişi ilə əlaqədar qalmaqallı şəkildə "Azad Azərbaycan" Televiziyasından (ATV) ayrılan teleaparıcı Xoşqədəm Hidayətqızı gələn həftədən ANS TV-də efirə çıxacaq.

Modern.az saytının məlumatına görə, X.Hidayətqızının ANS TV-də yayımlanacaq verilişi ”Səni axtarıram” adlanmayacaq. Teleaparıcı ad dəyişikliyinə getməyə məcbur olub. Belə ki, tamaşaçılar onu “Xoşqədəmlə axtarıram səni” verilişi ilə efirdə görə biləcəklər.

Verilişin bu cür adla ekranlara çıxacağını ANS TV-dən də təsdiqləyiblər. “Xoşqədəmlə axtarıram səni” verilişi gələn həftədən - aprelin 26-dan etibarən hər bazar günü yayımlanacaq.

Qeyd edək ki, Müəllif Hüquqları Agentliyi bir neçə gündür adı ətrafında qalmaqallar yaşanan “Səni axtarıram” televiziya verilişi ilə bağlı məsələyə aydınlıq gətirib. Agentlik bildirib ki, müstəsna istifadə hüquqları şərikli olaraq ATV-yə və Xoşqədəm Hidayətqızına məxsus olan “Səni axtarıram” televiziya verilişi 2013-cü il 11 oktyabr tarixində qeydiyyat haqqında alınıb.
ATV və Xoşqədəm Hidayətqızı arasında bağlanmış müəllif müqaviləsinin şərtlərinə əsasən, veriliş yalnız ATV kanalında həftədə bir dəfə (bazar günü) 2015-ci il oktyabr ayının 1-ə qədər yayımlana bilər və tərəflərin qarşılıqlı razılığı olmadan digər televiziya kanallarına verilə bilməz.
2015-ci il 1 oktyabr tarixindən sonra “Səni axtarıram”ın ssenarisinə müəlliflik hüququ olan Xoşqədəm Hidayətqızı ATV-ilə əmək müqaviləsinə xitam verildikdən sonra, verilişi digər formatda, o cümlədən digər ad altında hazırlaya və istənilən telekanal vasitəsilə yayımlaya bılər.



A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!