ABŞ-ın Polşadakı səfiri Stiven Mall Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Ceyms Kominin Holokostla bağlı səsləndirdiyi fikrə görə üzr istəyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səfir Polşanın Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra bu addımı atıb.
Polşa XİN başçısının müavini ilə görüşdən Stiven Mall jurnalistlərə açıqlamasında deyib ki, bu ölkənin Holokosta görə Almaniya ilə birgə məsuliyyət daşıdığı fikri ilə razılaşmır.
“Holokosta görə yalnız nasistlər məsuliyyət daşyırlar. Nasist Almaniyasından başqa məsuliyyəti həm də Polşanın üzərinə qoymaq zərərli və təhqiredicidir ”, -deyə o bildirib.
Xatırladaq ki, FTB rəhbəri Ceyms Komi “Washington Post” qəzetindəki məqaləsində ikinci dünya müharibəsində yəhudilərin kütləvi şəkildə öldürülməsinə görə Almaniya ilə yanaşı Polşa və Macarıstanı da ittiham edib.
Aqşin Kərimov