Modern.az

ABŞ dövlət katibinin xanım köməkçisini Ukraynada kim və niyə döyüb? - “Hələ az vurmuşam!”

ABŞ dövlət katibinin xanım köməkçisini Ukraynada kim və niyə döyüb? - “Hələ az vurmuşam!”

20 Aprel 2015, 14:40

ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nulandın gənclik həyatı ilə bağlı maraqlı detal ortaya çıxıb. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Nuland 1980-ci illərdə Sovet İttifaqında bir müddət yaşadığını və pioner düşərgəsində dəstə rəhəbri olduğunu desə də, orada döyülməsi barədə faktı gizlədib. Belə ki, Odessadakı “Gənc Qvardiya” pioner düşərgəsində 1982-ci ildə dəstə başçısı olan yazıçı İnna Metelskaya-Şeremetyeva 33 il əvvəl ukraynalı pioner uşaqlarla kobud davranışına görə, məhz Viktoriya Nulandı döydüyünü xatırlayıb.

“1982-ci ildə mən Odessadakı “Gənc Qvardiya” pioner düşərgəsində dəstə rəhbəri kimi çalışırdım.Və etiraf edim ki, dəstə rəhbəri olan və mübadilə proqramı əsasında SSRİ-yə gələn amerikalı bir qızla qanlı dava etmişdim.

O, tum dənələrini yerə tullayaraq ukraynalı uşaqların onları yerdən götürərək çırtlamasını izləməkdən xoşlanırdı. Buna görə onunla dava etdim və düşərgədən qovuldum, komsomol xətti ilə isə sərt töhmət də aldım.

Həmin ləçərin adının Viki olduğunu ömrüm boyu unutmamışam. Bu gün isə təəccüblə oxudum ki, Viktoriya Nuland 1982-ci ildə mübadilə əsasında “Gənc Qvardiya” düşərgəsində pioner dəstə rəhbəri olub və SSRİ-dən ən mənfi xatirələrlə ayrılıb. İndi fikirləşirəm ki, yaxşı olub onunla dalaşmışam, hələ az vurmuşam!”-deyə İnna Metelskaya-Şeremetyeva Facebook-da yazıb.

Vüqar İsmayılov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi