Türkiyə polisi özünü partlatmağa hazırlaşan Rusiya vətəndaşı olan Patimat Hacıyevanın axtarışına çıxıb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qadının qardaşı Hacımurad Hacıyev 27 yaşlı bacısının İŞİD qruplaşması ilə əlaqədə olduğunu deyib. Onun sözlərinə görə, Moskvada Əlibəy Əbdülhəmidovla ailə həyatı quran və 3 uşaq anası Patimat Hacıyevanın həyat yoldaşı 2014-cü il oktyabrında Suriyada həlak olub. Patimat Hacıyevanın özünü Türkiyədə xarici ölkə səfirlikləri qarşısında partladacağı ehtimalı var.
Modern.az