Modern.az

Korrupsiyaya görə 13 nəfər axtarışa verilib

Korrupsiyaya görə 13 nəfər axtarışa verilib

22 Aprel 2015, 11:03

 

Bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 2015-ci ilin birinci rübünün yekunlarına dair mətbuat konfransı keçirilir.

Modern. az saytının verdiyi xəbərə görə, konfransda çıxış edən idarənin rəisi Kamran Əliyev bildirib ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən 48 şəxs barəsində 39 cinayət işinin istintaqı tamamlanaraq, baxılması üçün məhkəmələrə göndərilib:  

“Bu müddətdə məhkəməyə göndərilən cinayət işləri üzrə vurulan 18 556 668 manat məbləğində ziyanın 5 894 138 manatı və ya 31,7 faizinin ödənilməsi təmin edilib. Cinayət işləri üzrə 104 432 manat dəyərində əmlak üzərində həbs qoyulmaqla cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Hesabat dövründə ibtidai istintaqı aparılan cinayət işləri üzrə 9 təqdimat verilib. Əməliyyat idarəsi tərəfindən 14 şəxs barəsində 12 cinayət işi açılıb. Bunlardan 9 iş əməliyyat tədbirləri nəticəsində, 2 iş vətəndaşların ərizələri əsasında, 1 iş isə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olan materiallar əsasında başlanıb”.  

İdarə rəisi onu da bildirib ki, ilin ilk 3 ayında 13 şəxs barəsində axtarış elan edilib:  

“2 nəfər tutularaq istintaqa təhvil verilib, 21 şəxs isə beynəlxalq axtarışa verilib. Bu müddətdə Baş İdarənin idarə və şöbələri tərəfindən 39 material üzrə araşdırma aparılıb, 29 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 10 material üzrə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb”.  

Gülşən RAUFQIZI


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi