Ukrayna Ali Radasında deputatlar arasında növbəti dava qeydə alınıb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, “Radikal partiya” fraksiyasından olan deputat Andrey Lozovoyu həmkarların birinin fikri qəzəbləndirib. Bundan sonra “Pyotr Poroşenkonun bloku” fraksiyasının deputatlarının əyləşdiyi tərəfə qaçan Lozovoy dalaşıb. İnsidentin səbəbi hələ ki məlum deyil. Ancaq məlum olan budur ki, guya Lozovoy deputat toxunulmazlığından məhrum ediləcək xalq deputatlarının siyahısına düşüb və ona qarşı cinayət işi qaldırılacaq.
Parlamentin spikeri Vladimir Qroysman deputatlardan iclas zalında qayda-qanuna əməl etmələrini xahiş edib.
Modern.az