Modern.az

Erməni saxtakarlığını ifşa edən əsər Azərbaycan dilində - FOTOLAR

Erməni saxtakarlığını ifşa edən əsər Azərbaycan dilində - FOTOLAR

22 Aprel 2015, 16:25

Bu gün Azərbaycan Dillər Universitetində fransız dilindən Azərbaycan dilinə tərcümə olunmuş “1915-ci il erməni faciəsi” adlı kitabın təqdimatı olub. 1988-ci ildə Parisdə nəşr olunmuş kitabın müəllifi Fransa tarixçisi və hüquqşünası Jorj dö Malevildir. 

Modern.az xəbər verir ki, Azərbaycan dilində yenicə çapdan çıxmış və bu gün geniş oxucu kütləsinə təqdim olunan əsər ana dilimizə  millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyev tərəfindən tərcümə edilib.

Universitetin geniş akt zalında təşkil olunmuş təqdimat mərasimində Milli Məclisin üzvləri Musa Qasımlı, Fuad Muradov, Çingiz Qənizadə, Arif Əşrəfov, yazıçı Çingiz Abdullayev, Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov, jurnalistlər, alimlər və tələbələr iştirak ediblər.

Çıxış edənlər əsərin tarixi və elmi əhəmiyyətini vurğulamaqla yanaşı, Çanaqqala zəfərinin 100 illiyi ərəfəsindəhəmin dövrün hadisələrinə həsr olunmuş qiymətli bir tədqiqat əsərinin tərcüməsini Azərbaycan dilində nəşr etdirdiyinə görə tərcüməçi, millət vəkili Cavanşir Feyziyevə öz minnətdarlıqlarını bildiriblər.

Milli Məclisin deputatı Fuad Muradov əsərin tarixi və elmi əhəmiyyətini vurğulamaqla bir tədqiqat əsərinin tərcüməsini Azərbaycan dilində nəşr etdirdiyinə görə Milli Məclisin deputatı Cavanşir Feyziyeva öz minnətdarlığını bildirib.

Cavanşir Feyziyev öz çıxışındaxarici dillərdə mövcud olan ədəbiyyat mənbələrinin ölkəmizdə elmi dövriyyəyə cəlb olunmasının zəruri olduğunu qeyd edib və bu baxımdan, dünyanın müxtəlif ölkələrində nəşr olunmuş elmi-publisistik ədəbiyyatın dilimizə tərcümə olunaraq geniş oxucu auditoriyasına çatdırılmasını faydalı və səmərəli hesab etdiyini bildirib. Kitabın məzmunu haqqında ətraflı məlumat verən millət vəkili əsərin məzmunu haqqında aşağıdakıları deyib:
“... Uzun illər ərzində həm tarixi, həm də hüquqi aspektdə aparılmış tədqiqat işlərinin nəticəsi kimi ərsəyə gəlmiş bu əsərdə müəllif 1915-ci ildə Şərqi Anadoluda və Qafgazlarda baş verən hadisələri həmin dövrün qlobal siyasi-hərbi mənzərəsi kontekstində araşdırıb, həmin hadisələri doğuran səbəbləri, baş vermiş hadisələrin nəticələrini ətraflı şəkildə təsvir və təhlil edib.

Bu məqsədlə əsərin başlanğıcında müasir Türkiyənin, eləcə də Ermənistan və Azərbaycanın da daxil olduğu Zaqafqaziya ərazilərinin qədim dövrlərdən XX əsrə qədərki tarixi qısaca şərh edilir, 1-ci Dünya Müharibəsinin səbəbləri, gedişatı və nəticələri təqdim edilir və bütün bu hadisələrin fonunda həmin dövrdə Osmanlı İmperiyasının durumu – daxili və xarici siyasəti, o cümlədən haqqında 100 ildir ki, danışılan erməni-türk münaqişəsinə münasibət bildirilir. Müəllifin özünün təbirincə, bu əsər 1915-ci ildə Şərqi Anadoluda baş vermiş hadisələrə müstəqil bir müşahidəçinin obyektiv dəyərləndirməsini özündə əks etdirir.

Uzun illər dünyanın müxtəlif ölkələrindəki arxiv sənədləri üzərində işləmiş Jorj dö Malevil ermənilərin iddia etdikləri saxta “soyqırımı”nın heç bir sənədlə sübut oluna bilmədiyini və1915-ci ilin aprel-may aylarında Osmanlının şərq sərhədləri boyunca yaşayan ermənilərin kütləvi şəkildə köçürülməsinin 1-ci Dünya Müharibəsinin yaratdığı zərurətdən irəli gəldiyini və belə bir qərarın tamamilə təbii və qanunuyğun olduğunu təsdiqləyir. Müəllif uydurma “soyqırımı” iddialarında erməniləri dəstəkləyən Avropa ölkələrinin, o cümlədən Fransanın siyasətini təkzibolunmaz arqumentlərlə tənqid edir, Türkiyəyə və bütün türk dünyasına qarşı yönəlmiş bu siyasətinmotivlərini açıqlayır, bu yanaşmanınədalətsiz və qərəzli olduğunu cəsarətlə qeyd edir.

Kitabda ermənilərin müxtəlif hərbi-siyasi şəraitlərdə təbəəsi olduqları dövlətə xəyanət etdikləri və onların heç bir vəchlə haqq qazandırıla bilməyən siyasi terrorçuluq fəaliyyəti pislənilir, erməni yalanlarına inanaraq onlara dəstək verən avropalı alimlərə və siyasətçilərə qərəzli yanaşmadan çəkinmək çağırışı edilir...”.

Əsərin mövzusu nə qədər mürəkkəb görünsə də, istifadə olunan dil və üslub sadəliyi onu hər bir oxucu üçün maraqlıvə oxunaqlı edir. Bu gün saxta “erməni soyqırımı” ətrafında gedən spekulyativ müzakirələrin və mübahisələrin fonunda “1915-ci il erməni faciəsi”kitabı oxucular üçün geniş elmi-kütləvi vəinformativ mənbə rolunu oynayır və yaxın günlərdən etibarən şəhərin kitab şatışı şəbəkələrində yayımlanacaq.

 









Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu