Modern.az

Sərkisyandan Türkiyə ilə bağlı BƏYANAT: “Hər şey fərqli olacaqdı”

Sərkisyandan Türkiyə ilə bağlı BƏYANAT: “Hər şey fərqli olacaqdı”

22 Aprel 2015, 20:52

Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin Türkiyə ilə diplomatik-siyasi əlaqələrinin qurulmasını özündə ehtiva edən Sürix protokollarından söz açıb.

Modern.az saytının məlumatına görə Serj Sərkisyan bu barədə “CNN Türk”ə açıqlamasında danışıb. O bildirib ki, türklər və ermənilər bu bölgədə qonşudurlar:   “Qonşu olmağı biz seçmədik. Protokolları türklər təsdiqləsəydi, hər şey fərqli olacaqdı”,-deyə o söyləyib.

Serj Sərkisyan deyib ki, protokolların Ermənistan parlamentindən geri çağırılması Türkiyəyə verilən siyasi mesaj idi:

"Biz imzalamadıq, Türkiyə təsdiqləsə, biz də təsdiqləyəcəyik".  

Ermənistan prezidenti Türkiyənin baş naziri Əhməd Davudoğlunun 1915-ci il hadisələrinə görə ermənilərə başsağlığı verməsinə də münasibət bildirib.

O bunu, beynəlxalq ictimaiyyət üçün verilən açıqlama kimi dəyərləndirib.  

“Ümid edirəm ki, 24 apreldə prezident Rəcəb Tayyib Ərdoğan daha güclü bir bəyanat verər və bununla da, münasibətlər normallaşar”.

Aqşin Kərimov  


Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi