Belarus prezidenti Aleksandr Lukaşenko aprelin 22-də axşam saatlarında Tbilisiyə ikigünlük dövlət səfərinə gedib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onun rəsmi qarşılanma mərasimi bu gün Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Avlabarskdakı rezidensiyasında olacaq. İki ölkənin dövlət başçılarının təkbətək formatda söhbətindən sonra geniş formatda danışıqlar aparılacaq.
Lukaşenko səfəri zamanı Gürcüstanın baş naziri İrakli Qaribaşvili, bütün gürcülərin katalikosu İkinci İliya ilə də görüşəcək. Belarus prezidenti aprelin 24-də Batumiyə gedəcək. Səfər zamanı iki ölkə arasına iqtisadi və turizm sahələri ilə bağlı müqavilələr də imzalanacaq.
Modern.az