Hewlett-Packard şirkətinin idarə heyətinin keçmiş sədri Karli Fayorina mayın 4-də ABŞ prezidenti postu uğrunda mübarizə aparmaq üçün seçkiqabağı kampaniyaya başlatdığını elan edəcək. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Fayorina namizədliyini irəli sürməsini internet vasitəsilə elan edib, sonradan mətbuat konfransı keçirəcək.
Buna qədər ABŞ-da prezident seçkilərində iştirak etmək niyyətində olduqlarını respublikaçı-senator Rend Pol, senatorlar Ted Kruz, Mark Rubio, Ceb Buş, eləcə də keçmiş dövlət katibi Hillari Klinton elan ediblər.
Modern.az