Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 1915 hadisələri əlaqədar "arxivlərimizi açmağa hazır olduğumuzu söyləyirəm. Hətta daha da irəli gedirəm, hərbi arxivlərimizi də açmağa hazırıq deyirəm" deyib.
Modern.az xəbər verir ki, Ərdoğan bu sözləri istanbulda Çanaqqala döyüşlərindəki zəfərin 100-cü ildönümünə həsr olunmuş tədbirdəki çıxışı zamanı bildirib.
"1915 hadisələri mövzusundakı erməni iddialarının söylənilən rəqəmlər da daxil olma zrə hamısı əsassızdır" deyən Türkiyə prezidenti sözdə “erməni soyqırımı”ndan danışılanları rədd edib.
"İndi Avropa Birliyinə təkrar xitab etmək istəyirəm. Türkiyənin arxivlərini açmağı bizə nəsihət edir. Buradan cavab verirəm: Ey Avropa Birliyi, 12 il baş nazirlik etdim. Bir ilə yaxındır da prezidentəm. Hər getdiyim beynəlxalq yığıncaqda və ölkəmdəki hər tədbirdə arxivlərimizi açmağa hazır olduğumuzu, 1 milyona yaxın sənəd və məlumatın olduğunu hər vaxt söyləyirəm. Və deyirəm ki, Ermənistanın arxivlərində də varsa, onlar da açsın. Üçüncü ölkələrdə də varsa, onlar da açsın. Hətta daha da irəli gedirəm: biz əsgəri arxivlərimizi də açmağa hazırıq"
Modern.az