Modern.az

"Qarabağ TV" yaradılmalıdır - Deputat

"Qarabağ TV" yaradılmalıdır - Deputat

24 Aprel 2015, 10:46
 
122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Flora Qasımova maraqlı təkliflə çıxış edib.

Flora Qasımova Modern.az saytına açıqlamasında Qarabağla bağlı ayrıca televiziyanın yaradılmasını təklif edib.

O bildirib ki, "Qarabağ TV" yaradılması vacibdir. Deputat təklif edib ki, bu televiziya kanalı bir neçə dildə yayımlanmalıdır:

“Müxtəlif dillərdə yayımlanması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayar. Hətta təklif edirəm ki, bu televiziya kanalı həmçinin erməni dilində də yayımlansın”,-deyə o söyləyib.

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama