Modern.az

Qadın pasiyentləri əməliyyat stolunda zorlayan həkim

Qadın pasiyentləri əməliyyat stolunda zorlayan həkim

24 Aprel 2015, 16:07

Böyük Britaniyada 23 qadını zorlamaqda təqsirli bilinən 29 yaşlı keçmiş tibb qardaşı Endryu Hatçinsonun məhkəmə prosesi bütün ölkənin diqqətindədir.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Hatçinson Oksford şəhər xəstəxanasının reanimasiya və intensiv terapiya şöbəsində işlədiyi 2011-2013-cü illər ərzində 23 pasiyent qadını zorlamaqda təqsirləndirilir. Məlumata görə onların əksəriyyəti əməliyyat stolunda ümumi narkoz altında olarkən zorlanıblar. Manyak həkim bundan başqa, gizli şəkildə pasiyentlərin intim şəkil və videolarını çəkib.

Endryu Hatçinson 2014-cü ildə Abinqdion şəhərində idman kompleskinin soyunub-geyinmə otağında qızlara baxarkən yaxalanmışdı. Polis onun evindən xəstəxanada çəkdiyi 1700 foto və video materiallar müsadirə etmişdi.
Oksford kral məhkəməsi Hatçinsona aprelin 27-də hökm oxuyacaq.

Günahları sübuta yetiriləcəyi halda onu ömrülük həbs cəzası gözləyir.


Vüqar İsmayılov 
 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi