Modern.az

Türkiyədən Putinə sərt CAVAB: “Kütləvi qətliamlar həyata keçirmisiniz” – QALMAQAL

Türkiyədən Putinə sərt CAVAB: “Kütləvi qətliamlar həyata keçirmisiniz” – QALMAQAL

24 Aprel 2015, 23:48

Rusiya prezidenti Vladimir Putinin “erməni soyqırımı” ilə bağlı bəyanatı Türkiyənin narazılığına səbəb olub. Modern.az saytının məlumatına görə Türkiyə Xarici İşlər Nazirliyi Vladimir Putinin açıqlamasına sərt şəkildə etiraz edib.

Türkiyə XİN-in bəyanatında bildirilib ki, Rusiya dövlət başçısının 1915-ci il hadisələri ilə bağlı bəyanatı rəsmi Ankara üçün heç bir əhəmiyyətə malik deyil.

Xarici siyasət idarəsi Rusiyanın tarix boyu etdiyi cinayətlər barədə də xatırlatma verərək qeyd edib ki, Rusiya Qafqazda, Orta Asiyada, Şərqi Avropada yüz illər boyunca  kütləvi qətliamlar, sürgünlər həyata keçirib.

Vurğulanıb ki, rəsmi Ankara Rusiyanın Türkiyənin dostluğuna önəm verməsi və həssaslığını diqqətə almasını gözləyir. 

"Rusiyanın yanlış bir məsələdə iddia etməsi bölgəmizdə sülhə, rifaha və əmin-amanlığa köməklik etməyəcək”,-deyə bildirilib.

Aqşin Kərimov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi