Modern.az

Azərbaycanlı jurnalistin kitabı dünyanın ən böyük sərgisində nümayiş olunacaq

Azərbaycanlı jurnalistin kitabı dünyanın ən böyük sərgisində nümayiş olunacaq

25 Aprel 2015, 12:30

Modern.az saytının baş redaktoru və Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının Xocalıda hər iki valideyinlərini itirən uşaqlardan bəhs edən “Böyüməyən uşaqlar “ kitabı Nyu-York kitab sərgisində təmsil olunacaq.

Bu haqda Modern.az-a Almaniyadakı  Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Toğrul Əziz məlumat verib. Onun sözlərinə görə, 4 dildə işıq üzü görən kitabın ingilis və alman dillərindəki versiyaları dünyanın ən böyük kitab sərgisi olan Nyu-York kitab sərgisində Xocalı faciəsini təbliğ edəcək:

“Elşad Eyvazlının “Böyüməyən uşaqlar “ kitabı may ayının son həftəsində Nyu-Yorkda keçiriləcək kitab sərgisində Azərbaycanı təmsil edəcək. Kitabın təbliği ilə bağlı foto və videolor çap olunduğu nəşriyyat tərəfindən hazırlanıb Almaniyadakı Azərbaycan Mərkəzinə təhvil veriləcək”.


Elmin NURİ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu