Modern.az

Qeyri-adi və olduqca sadə üsulla ORQANİZMİN TOKSİNLƏRDƏN TƏMİZLƏNMƏSİ

Qeyri-adi və olduqca sadə üsulla ORQANİZMİN TOKSİNLƏRDƏN TƏMİZLƏNMƏSİ

26 Aprel 2015, 22:13


Orqanizmin zərərli maddələrdən təmizlənməsi sağlamlıq üçün ən vacib amillərdən biridir. Müntəzəm olaraq bədəndən zərərli maddələri xaric etməklə daxili orqanların fəaliyyətini yaxşılaşdırmaq, vaxtsız qocalmanın qarşısını almaq olar. Xalq təbabətində orqanizmin təbii yollarla təmizlənməsinin bir çox üsulları var və bu üsullar neçə yüzilliklərdir ki, effektli vasitə kimi insanlara şəfa verib.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazıda orqanizmin təmizlənməsinin qeyri-adi və olduqca sadə üsulunu təqdim edir.

Çin təbiblərinin araşdırmalarına görə ayaqların, xüsusilə ayağın alt səthinin insan bədəninin bütün orqanları ilə güclü və birbaşa əlaqələri var ki, məhz bu əlaqələr vasitəsi ilə orqanların fəaliyyətinə asanlıqla təsir etmək mümkündür. Həmçinin orqanizmin təmizlənməsini də bu əlaqələr sayəsində həyata keçirmək effektli nəticələr verir.

Bunun üçün soğanı nazik dilimlərlə doğrayıb ayaqların altına düzməli və corab geyinilməlidir. Sözsüz ki, bunu gündüz vaxtı deyil, yatarkən etmək lazımdır. Bu üsulla insan yuxuda olarkən orqanizmi zərərli maddələrdən təmizlənir.

Bu üsulun mahiyyəti nədən ibarətdir?

Məlum olduğu kimi soğan güclü antibakterial xassəyə malikdir ki, bunun sayəsində də o orqanizmi təmizləmək gücünə qadirdi. Bununla yanaşı soğanın tərkibində fosfor turşusu var ki, o qana düşəndə onu təmizləyir, mikrob və bakteriyaları məhv edir. Məhz elə soğanı doğrayarkən gözləri yaşardan da həmin fosfor turşusudur.

Qeyri-adi görünsə də olduqca sadə, asan və hamı üçün münasib bir üsuldur. Sadəcə 5-10 dəqiqə vaxt ayırıb orqanizmi zərəli maddələrdən təmizləməyə, sağlamlığın qayğısına qalmağa istək lazımdır. Bu istəkdə bulunun ki, canınız sağlam olsun.

İlham Cəmiloğlu  

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu