Nədənsə hər dəfə “Çanaqqala zəfəri” (məhz “zəfəri”, “döyüşü” yox) ifadəsini eşidəndə, Böyük Vətən Müharibəsi və Stalin gəlib dayanır gözümün önündə. Osmanlı İmperiyasıyla Sovet İmperiyasını, İstanbulla Moskvanı, Atatürklə Stalini müqayisə etməyə başlayıram. Bəlkə də düz eləmirəm. Axı tarixi faktlara, şəraitə tarixçi kimi yox, sadəcə publisist baxışıyla nəzər yetirirəm.
"Velika Rossiya, a otstupat nekuda – pozadi Moskva"?
“Rusiya böyükdür. Amma geriyə yol yoxdur - arxada Moskvadır”.
Bu sözləri biz - sovet uşaqları – müharibə haqqında kinolarda, Stalinin dilindən eşitmişik. Daha doğrusu sovet yazıçıları belə yazıb. Rəsmi sənədlərdə isə bu sözlərin 16 noyabr 1941-ci ildə Moskva uğrunda döyüşlərdə həlak olan zabit Vasili Kloçkova aid olduğu deyilir. Amma bu ifadənin “Ni şaqu nazad” əmri verən, döyüşdə geri çəkilənləri yerindəcə güllələmək üçün silahlı dəstələr yerləşdirən Stalinə aid olması daha həqiqətəuyğun görsənir. Böyük Vətən Müharibəsində nə etdi baş komandan, Marşal Stalin? Sərkərdə Kutuzovun 1812-ci ildə Napoleonla müharibədə sınaqdan çıxmış hərbi fəndini tətbiq etməklə, Moskvanı faşistlərə təslim etmədi. Moskvanın 30 kilometrliyinəcən gələn düşmənin qabağını kəsdi. Nəinki qabağını kəsdi. Sovet torpaqlarını azad etdi. Nəinki SSRİ-ni azad etdi. İmperiyasının sərhədlərini Avropanın ortasına qədər uzatdı. SSRİ öz yerində, dünyada sosializm adlı böyük bir imperiya qurdu.
“Möhtəşəm yüzillik” və Sultan Süleyman
Heç bir tarixi kitab oxumasaq da, “Möhtəşəm yüz il” serialına baxmaq kifayət edər. Osmanlı İmperiyasının sərhədlərinin yüzilliklər boyu haracan uzandığı, dünyanın əsas hissəsi olan Avropanın Türkiyəyə bac-xərac verməsi bu serialda daha aydın görsənir. Bəs sonu nə oldu? Eynən Çanaqqala döyüşündən 26 il sonra Böyük Vətən Müharibəsində baş verəcək bir şərait yarandı. İmperiya süquta uğraya-uğraya Türkiyə sərhədlərinə geri çəkildi. Arxada İstanbul idi. Döyüş başladı – Çanaqqala döyüşü və döyüşdə qələbə çaldı Türk əsgərləri. Amma Türklər müharibəni uduzdular. Stalin kimi öz İmperiyalarını bərpa edə bilmədilər. Xarici qüvvələr məhz bu döyüşdə məğlub olsalar da, yüz illər boyu dünyada at oynadan bir xalqı öz sərhədləri çərçivəsinə soxub ram edə bildilər. İndi sual olunur: Çanaqqala döyüşü zəfər, yoxsa məğlubiyyətdir?
Çanaqqala döyüşü və Azərbaycanın bəlalarının başlanğıcı
Qarabağ müharibəsi başlayanı əlinə qələm götürüb bu barədə yazanların əksəri “ermənilərə torpaqlarımızdan pay vermişik, bağışlamışıq” sözlərini işlədirlər. Mən də belə bilirdim. Amma bu sənədi görəndən sonra başa düşdüm ki, əslində belə deyilmiş:
ПРОТОКОЛ №3
Заседания Мусульманского Национального Совета
г. Тифлис
29 мая 1918 г.
Председатель Гасанбек Агаев
Секретарь М.Махсудов
Присутствовали: 1) Ф.Х.Хойский; 2) М.Ю.Джафаров; 3) М.Б.Гаджинский; 4) Ал.Б.Махмудбеков; 5) Ф.Б.Кочарлинский; 6) Дж.Мелик-Еганов; 7) Р.Б.Векилов 8) Г.Б.Шахтахтинский; 9) Ах.Ахундов; 10) М.К.Мамедбеков; 11) А.Шейхуль-Исламов; 12) М.Магеррамов; 13) Х.Б.Хасмамедов; 14) Дж.Б.Гаджинский; 15) С.А.Агамалов; 16) Шарифов.
На открытии заседания член Совета Ф.Х.Хойский докладывает Совету о результатах переговоров представителей Совета с представителями Армянского Национального Совета по поводу границы территории Азербайджанской и Армянской Федераций. Ф.Х.Хойский закончил свой доклад сообщением, что для образования Армянской Федерации им нужен политический центр, а таковым после отхода Александрополя к Турции может быть только Эриван, а потому уступка Эривани армянам, сказал Хойский, является неизбежной.
По этому вопросу высказались Х.Б.Хасмамедов, М.Ю.Джафаров, Шейхуль-Исламов (последний от имени партии "Гуммет"), М.Магеррамов (от имени Соц.Мус.блока), которые признают уступку Эривани армянам исторической необходимостью, неизбежным злом. Голосование по этому вопросу дало следующие результаты: за уступку Эривани подается 16 голосов из 28 общего числа: против - один; воздержавшихся - трое.
Затем ставится на обсуждение вопрос об образовании с армянами конфедерации. Затем после краткого обмена мнениями этот вопрос ставится на голосование. Такой порядок будущего устройства Азербайджана и Армении Советом принимается единогласно. Далее член Совета Ф.Х.Хойский вносит предложение о включении в состав Национального Совета Теймурбека Макинского путем кооптации, что Советом принимается единогласно.
Председатель /подпись/ Гасанбек Агаев
Секретарь /подпись/ М.Махсудов
ГААР, ф.970, on.1, д.1, лл.51, 52 (копия)
Bu sənəddən bir sitat: “Х.Хойский закончил свой доклад сообщением, что для образования Армянской Федерации им нужен политический центр, а таковым после отхода Александрополя к Турции может быть только Эриван, а потому уступка Эривани армянам, сказал Хойский, является неизбежной”.
Demə biz Türkiyənin xətrinə, Aleksandropolun xətrinə, o vaxt Türkiyənin zəbt etdiyi İrəvanı ermənilərə güzəştə getmişik. “Ərməniyyə Federasiyası” adıyla. Bağışlamamışıq, GÜZƏŞTƏ GETMİŞİK. “Məndən keçdi, qonşuma dəydi” prinsipiylə hərəkət edən Türkiyə bu təhrikiylə nəinki ermənilərdən canını qurtardı, əksinə, qulağının dibində, qardaşı Azərbaycanın torpaqlarında ermənilərə dövlət yaratmaq üçün torpaq verdirdi. Protokola, rəsmi sənədə əsasən də yeni yaranan dövlətin adını da biz qoyduq – qədim Türk dövləti olan Ərməniyə, Armeniya. Necə deyərlər ermənilər, bu torpaqda qədim kökləri olan ərmənlər kimi yurd saldılar. Baxmayaraq ki, oxuyanda “Qardaş olub Hayastan, Azərbaycan” oxuduq.
Ermənilərdə təqsir varmı?
İndi ermənilərin bir əli Türkiyədə, bir əli də Azərbaycanda. Arxalarında da 1918-ci ildəki kimi, həminki Avropa dövlətləri. Daha da güclənmiş, dünyaya ağalıq edən ölkələr. Özü az idi, Türkiyə Azərbaycanı da zibilə saldı. O vaxt bilə-bilə, indi bilməyə-bilməyə. Burda şair yaxşı deyib:
“Anadır arzulara hər zaman Qarabağ”.
Qarabağ mahnılarda arzularımızın anası idi. Amma əslində arzu deyildi, Qarabağ bizim idi. Hey oxuyurduq. Ermənilər isə sevə-sevə oxuduğumuz bu mahnını reallığa çevirdilər. İndi Qarabağ həqiqətən arzularımızın anasıdır. “Ad bizim, yar özgənin”. Qorxuram ki, bir azdan “Anadır arzulara hər zaman İstanbul” oxuyaq. Belə getsə, o gün uzaqda deyil.