Modern.az

Daniel Alves Türkiyədən üzr istədi

Daniel Alves Türkiyədən üzr istədi

26 Aprel 2015, 23:02


“Barselona” futbol klubunun braziliyalı ulduzu Daniel Alves aprelin 24-də açdığı Türkiyə, “Erməni soyqırımını tanıyın” plakatı üçün üzr istəyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyədə və dünyada müzakirə olunan sözdə “Erməni soyqırımı” üçün “Türkiyə, erməni soyqırımını tanıyın” plakatını sosial mediada paylaşan Daniel Alves reaksiyalardan sonra sosial şəbəkədəki hesabından şəkili götürüb və türk azarkeşlərdən üzr istəyib. Braziliyalı ulduz əks reaksiyalar səbəbindən geri addım ataraq, “Türk tərəfdarlarımdan milyon dəfə üzr istəyirəm. Bu fotoşəkilin birilərinə zərər verəcəyini və onların kədərlənəcəyini düşünməmişdim. İnsanları incitməyi deyil, sülhü istəyirəm”, -  mesajı dərc edib.  

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi