Modern.az

Elnur Hüseynov Rusiyada “Eurovision” gecəsinə qatılıb

Elnur Hüseynov Rusiyada “Eurovision” gecəsinə qatılıb

Təhsil

27 Aprel 2015, 10:22

“Eurovision 2015” yarışmasındakı təmsilçimiz Elnur Hüseynov Avropa promoturu çərçivəsində sonuncu ölkə kimi Rusiyada olub.

Modern.az saytı xəbər verir ki, Elnur Hüseynov Rusiya təmsilçisi Polina Qaqarina ilə birgə mətbuat konfransında çıxış edib. O, Rusiya təmsilçilərinin təşkil etdiyi “Eurovision” gecəsinə də  qatılıb.

Rusiya paytaxtı Elnurun Avropa promoturu çərçivəsində səfər etdiyi sonunçu şəhərdir. Təmsilçimiz Moskvadan sonra Vyanaya yola düşəcək.

Elnur Hüseynov mayın 21-də ikinci yarimfinalda 11-ci sırada çıxış edəcək.

Sevinc Yasinqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir