Modern.az

Məcburi köçkün qəsəbəsinə mavi yanacaq verildi

Məcburi köçkün qəsəbəsinə mavi yanacaq verildi

27 Aprel 2015, 10:48

Füzuli rayonunun 10 və 11 №-li Qayıdış qəsəbələrinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açılış mərasimində çıxış edib, respublikamızda əhalinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıb. Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verən  Alı Alıyev qeyd edib ki, prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun əksər yaşayış məntəqələri qazlaşdırılıb, digər kənd və qəsəbələr isə cari ilin avqust ayına kimi qazlaşdırılacaq.

 Alı Alıyev qəsəbə sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edib.

ARNDŞ prezidenti Rövnəq Abdullayev ölkədə qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördülən məqsədyönlü tədbirlərdən danışıb. Bildirilib ki, hazırda ölkə başçısının tapşırığına uyğun olaraq uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin edilir. R. Abdullayev ölkənin qazlaşdırılması istiqamətndə həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

Açılış mərasimində bildirilib ki, 10 və 11 №-li  Qayıdış qəsəbələrinin işıq, su, qaz ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbədə məktəb, uşaq bağçası fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.

Qeyd edək ki, 405 abonentin olduğu 10 və 11 №-li Qayıdış qəsəbələrində  ümumilikdə 13304 metr uzunluğunda birpilləli sistem əsasında müxtəlif diametrli polad və politilen borularla daşıyıcı və məhəllə daxili qaz kəmərləri çəkilmiş, 405 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl yandırıldı və evlərə mavi yanacağın verilməsinə baxış keçirilib.








Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama