Modern.az

Barak Obama gündə 5 dəfə namaza zaman ayırdığını AÇIQLADI

Barak Obama gündə 5 dəfə namaza zaman ayırdığını AÇIQLADI

Reportaj

27 Aprel 2015, 13:58


ABŞ prezidenti Barak Obama müsəlman olması ilə bağlı iddialara kimilərinə görə zarafat, kimilərinə görə isə müsəlmanları hirsləndirəcək bir ifadə ilə cavab verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şənbə gecəsi Ağ Ev müxbirlərinə axşam yeməyi verən Obama “ABŞ prezidenti olmaq heç asan bir iş deyil. Hələ də problemli miqrasiya sistemini yoluna qoymaq, (Konqresə) veto təhdidində olmaq, İranla müzakirə etmək məcburiyyətindəyəm. Bunları edərkən, bir tərəfdən də gündə beş dəfə namaz qılmağa zaman ayırmam lazımdır”, - deyib.

2012-ci ildəki bir araşdırmada, ABŞ-da xalqın təxminən 17 faizinin Keniyadakı ataları müsəlman olan Obamanın da gizli bir müsəlman olduğuna inandığı ortaya çıxmışdı.

Bu iddialara qarşı xristian olduğunu açıqlayan Obama Barak H.Obama şəklində yazılan adındakı “Hüseyn” adını istifadədən imtina etmişdi.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu