Modern.az

Sən xoşbəxtsən kor

Sən xoşbəxtsən kor

Ədəbiyyat

28 Aprel 2015, 08:46

Həyata küsmə kor!
Hə, dünya nurundan payın yox sənin
Günəşin yox sənin, ayın yox sənin.
Gözləri deyil, sözləri görürsən,
üzləri  deyil, sözləri sevirsən.
Görmürsən təbiətin fırçasında boyasını-
ağ qarını,
yamyaşıl ormanını, sarı qumlu səhrasını...
görmürsən.
Amma sən qar üstundə qan  izini,
Yurdu olan yurdsuzların bənizini
Meşələri alovlanan ürəklərin tüstüsünü  görmürsən kor!

Gözəlik nədir aləmində, bilmirəm..
Gözəllərin üzündəki həyasını  görmürsən.
Amma sən, qəlbində  on “sevgi” yatan,
Ruhunu satan bakirələri,
Vucudunu kapital edən kariyeristləri də görmürsən kor!

Sənin əxlaqın nurlu, gözlərin kor,
Amma görən gözlər var ki, şor.
Sənin gözlərin tox,
tamahın yox.
Amma acgözlər var ki,
nəfsi çox.
Bəsirəti  bağlı,
Fəziləti  zığlı...

Sən zəngin sarayları, göyü dələn qüllələri,
Zərzibalı  otlləri, otaqları,
Yaraşıqlı yataqları görmürsən.
Amma sən dərdinin  odu ilə isinən,
Ümidin işartısı ilə nurlanan daxmaları,
Samanlı döşəkləri, ilanlı çadırları da görmürsən kor!

Sən görmürsən,
Amma sən xoşbəxtsən kor!
Mənim, onun gördüklərini görmürsən.
Ürəyin mənim, onun kimi acıyırmı?
Haqqın saçları yonulanda,
Ülgüczüz daz ediləndə  başı
Tanrının mizanı, tərəzisi pozulanda,
dünya ədalətsizliyə susanda,
üsyan edən “lal” dillərin göz yaşı
içini acıdırmı?

Sən xoşbəxtsən kor!
Zülmətlər içində saf,  aydın dünyan var .
xəyalının öz güzgüsü, təmiz  aynan var
bu dünyaya baxmağa.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI