Modern.az

Azərbaycanda “Tarla günləri” keçiriləcək

Azərbaycanda “Tarla günləri” keçiriləcək

28 Aprel 2015, 16:12

Kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkənin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 yanvar tarixli 988 nömrəli sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilib.

Sərəncamın icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilir. Tədbirlər çərçivəsində Qəbələ rayonunda dünya təcrübəsində geniş tətbiq olunan “Tarla günləri”nin keçirilməsi  nəzərdə tutulub. Nazirlikdən Modern.az-a bildirilib ki, aqrar sektorda son yenilikləri və imkanları özündə əyani surətdə əks etdirən bu tədbirin açılışı cari ilin may ayının 2-nə planlaşdırılır.

“Tarla günləri”ndə məhsulların əkin və becərmə texnologiyaları, qazanılmış nailiyyətlər, elmi-tədqiqat işlərinin nəticələri, texnika, avadanlıq, gübrə, pestisid və digər potensial əməkdaşlıq imkanları nümayiş etdiriləcək.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, məsul işçiləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, xarici ölkə səfirlikləri, ictimai birlik nümayəndələri, alimlər və kənd təsərrüfatı sektorunda çalışan sahibkarlar iştirak edəcəklər.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama