Modern.az

Nazir rəisi və baş mühasibi işdən çıxardı, iki işçini də təqaüdə göndərdi

Nazir rəisi və baş mühasibi işdən çıxardı, iki işçini də təqaüdə göndərdi

28 Aprel 2015, 20:34


Bu gün Kənd Təsərrüfatı Nazirliyində Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti ilə bağlı iclas keçirilib.
Modern.az saytının məlumatına görə, qurumun rəisi Nazim Babayev Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti barədə danışıb. Bakı şəhəri Dövlət Texniki Nəzarət Müfəttişlərinin hesabatı dinlənilib.

Nazir Heydər Əsədov müfəttişliyin müasir tələblər səviyyəsində yenidən qurulması, elektron uçot sisteminin təşkili, hüquqi bazanın yaradılması vəsürücülük vəsiqələrinin verilmə mexanizminin təkmilləşdirilməsi məqsədilə nazirliyin müvafiq şöbələrinə tapşırıq və tövsiyələrini verib.

İclasda Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Nazim Babayev və baş mühasib Vahid Niyazəliyev işdə ciddi nöqsanlara yol verdiklərinə görə tutduqları vəzifədən azad ediliblər. Təqaüd yaşı çatmış iki nəfər əməkdaş isə təqaüdə göndərilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama