Modern.az

Bank of Baku-ya yeni sədr təyin edildi - FOTO

Bank of Baku-ya yeni sədr təyin edildi - FOTO

İqtisadiyyat

30 Aprel 2015, 15:10


Bank of Baku ASC-nin Müşahidə Şurasının iclası keçirilib. İclasda bankın yeni İdarə Heyətinin sədri vəzifəsinə Abbas İbrahimov təyin edilib.

Modern.az saytı xəbər verir ki, Abbas İbrahimov may ayının 1-dən etibarən yeni səlahiyyətlərinin icrasına başlayacaq. Bank of Baku-nun fəaliyyətində əvəzsiz əməyi olan eks-sədr Fərid Hüseynov tutduğu vəzifədən öz xahişi əsasında azad edilib və peşəkar fəaliyyətinə digər maliyyə qurumda davam edəcək.

Abbas İbrahimov 1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr dərəcəsini, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində Biznes inzibatçılığı üzrə maqistr dərəcəsini alıb. Bankdakı iş fəaliyyətinə 2005-ci ildə başlayan Abbas İbrahimov bir müddət sonra şöbə müdiri, daha sonra isə departament direktoru vəzifəsinə qədər yüksəlib. 2010-cu ildə isə Bank of Baku-nun İdarə heyəti sədrinin müavini, pərakəndə sahə üzrə idarə heyətinin üzvü vəzifəsinə təyin edilib. 

1994-cü ildə təsis edilmiş Bank of Baku hal-hazırda Azərbaycanın 10 aparıcı bankı sırasına daxildir.



Modern.az
 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama