Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mayın 3-də mitinq keçirməsinə icazə verməyib.
AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı Modern.az saytına deyib ki, İcra Hakimiyyəti həmin gün başqa tədbirin olacağını əsas gətirərək mitinqə icazə verməyib: “Müzakirələrdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin mayın 2-də keçirilməsi ilə bağlı təklifini qəbul etmədik. Çünki bizim mitinqlə bağlı bütün hazırlıqlarımız mayın 3-ü üçün nəzərdə tutulmuşdu. Növbəti mitinqin nə vaxt keçiriləcəyi ilə müzakirələr aparılacaq”.
Sevinc Yasinqızı