Modern.az

İyunun 1-də yük avtomobilləri Bakıya buraxılmayacaq - XƏBƏRDARLIQ

İyunun 1-də yük avtomobilləri Bakıya buraxılmayacaq - XƏBƏRDARLIQ

1 May 2015, 11:03


Azərbaycan Respublikası DİN Baş DYP İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib. Modern.az saytı xəbər verir ki, Baş DYP İdarəsi xahiş edir ki, Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə əlaqədar cari il iyun ayının 1-dən 30-dək müddətdə yarış iştirakçılarının, azarkeşlərin və ölkəmizə gələn çoxsaylı qonaqların təhlükəsiz və sərbəst hərəkətlərinin təşkili ilə əlaqədar paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə qeyd olunan müddət ərzində müxtəlif təyinatlı yük avtomobillərinin Bakı şəhərinə buraxılmayacağını iş planlarında nəzərə alsınlar. 

“Ümidvarıq ki, adıçəkilən tədbirin yüksək səviyyədə keçirilməsinin əhəmiyyətini düzgün qiymətləndirərək, ölkəsini, xalqını sevən hər bir şəxs müraciətimizə sayğı ilə yanaşacaq, üzərinə düşən vətəndaşlıq borcunu layiqincə yerinə yetirəcək” - Baş DYP İdarəsinin xəbərdarlığında deyilir. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama