Modern.az

“Soros” Fondu QHT-lər üçün yeni qrant müsabiqəsi elan edib

“Soros” Fondu QHT-lər üçün yeni qrant müsabiqəsi elan edib

Qarabağ

23 Sentyabr 2010, 15:50

Açiq Cəmiyyət İnstitutu – Yardım Fondu yerli qeyri – hökumət təşkilatlarını və vətəndaş cəmiyyətinin fərdi təmsilçilərini 2010-cu il beynəlxalq vəkillik proqramı daxilində müsabiqədə iştirak etməyə dəvət edir. Bu barədə məlumat Modern.az-a Fonddan daxil olub.

Müsabiqədə iştirak edəcək təşkilat və vətəndaş cəmiyyətinin təmsilçiləri son illərdə ictimai fəallıq və ictimai maraqların qorunması sahəsində göstərdiyi fəaliyyət, onun praktiki təsiri və cəmiyyətdə əhəmiyyəti, statistik göstəricilər, beynəlxalq səviyyədə tanınması, nailiyyətlər və uğurları barədə  məlumatı təqdim etməlidirlər.

Müsabiqənin məqsədi – Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının, fərdi tətqiqatçıların və ayrı – ayrı qrup təmsilçilərinin beynəlxalq tədbirlərdə iştirakının təmin edilməsidir. Ərizədə cox geniş dairəni əhatə edən mövzu və təmsilçilik, azərbaycan dövlətinin öhdəçiliyi, beynəlxalq aləmə inteqeasiya prosesləri və başqa sahələr hədəf predmeti kimi göstərilə bilər.

Gözlənilir ki, müsabiqədə qalib gələn 10 – 12 nəfərin ezamiyyət xərclərinin ödənilməsi şərtilə 2010-cu ilin sonuna qədər gözlənilən beynəlxalq tədbirlərdə və beynəlxalq qurumlarda vətəndaş cəmiyyəti fəallarının və müstəqil ekspertlərin iştirakçı və ya müşahidəçi qismində iştirakının təmin edilməsi Azərbaycanın vətəndaş cəmiyyətinin maraqları təmsil ediləcək  və beləliklə ictimai maraqların qorunmasında müsbət dəyişikliklərə nail olmaq imkanları inkişaf еdəcəkdir.

Hazırki müsabiqədə iştirak etmək arzusunda olanlar ACİ-YF-na rəsmi müraciət formasını təqdim etməli və təkliflərini aşağıdakı tələblərin nəzərə alınması şərti ilə təsvir etməlidirlər:
-    ərizəçinin beynəlxalq təşkilatların tədbirində iştirakına şərait yaradan sənədin (dəvət məktubu, gündəlikdə məruzənin daxil olması) təqdim edilməsi;
-    ərizəçinin ixtisas sahəsində təcrübəsini və nailiyyətlərini təstiq edən göstıricilər: əvvəlki illərin və cari hesabatlar, monitorinqlərin nəticələri, beynəlxalq və regional şəbəkələrdə təmsil olunma və digərləri;
-    səfər zamanı ərizəçinin aydın və ardıcıl qurulmuş görüşlər planı (arzu ediləndir ki, görüşlərin təstiqi dəqiqləşdirilsin);
-    səfərdən sonrakı dövrdə ölkədaxili tədbirlərin aydın və ardıcıl planı (dəyirmi masalar, mətbuat konfransları, mətbuatda çıxışlar və digərləri).


Ərizələr 2010-cu il sentyabrın 30 saat 15:00 qədər Açiq Cəmiyyət İnstitutu – Yardım Fondunun qeydiyyat şöbəsinə təqdim edilə bilər. Nəticələr 2010-cu il oktyabrın 15 qədər fondun rəsmi İnternet saytında www.osi.az  elan ediləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama