Modern.az

QHT rəhbəri dondurmalarla bağlı xəbərdarlıq edir: “Bunları unutmayın!”

QHT rəhbəri dondurmalarla bağlı xəbərdarlıq edir:  “Bunları unutmayın!”

4 May 2015, 15:27


Yay mövsümünün yaxınlaşması, havaların istiləşməsi ilə əlaqədar sərinləşdirici içkilərə və dondurmalara tələbat artır, müvafiq olaraq da  ticarət obyektlərində bu cür məhsulların çeşidləri də çoxalır. Heç şübhəsiz ki, bol çeşid istehlakçılar üçün həm də geniş seçim imkanı yaradır. Belə olan halda kənar təsirlərə həssas olan bu cür məhsulların saxlanılmasına diqqət yetirilməlidir. Belə ki, sərinləşdirici içkilər, xüsusilə dondurmalar normativ-texniki sənədlərlə müəyyən edilmiş rejimdə saxlanılmalı, istehlakçıya satış zamanı  ixtisaslaşdırılmış vitrinlərdən istifadə olunmaqla təqdim olunmalıdır.

Ekspert Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə  Mehdiyeva Modern.az-a təəssüflə deyib ki, şərtlərə heç də həmişə əməl olunmur. Belə ki, bəzən sərinləşdirici içkilər açıq havada, isti günəş altında saxlanılır ki, bu da onların keyfiyyət göstəricilərinin dəyişməsinə, bəzi hallarda isə istehlaka yararsız hala düşməsinə səbəb olur.

“Bəzi ticarət obyektlərində dondurmaların satışı üçün nəzərdə tutulmuş vitrinlər açıq qalır, bu səbəbdən dondurmalar qismən əriyir və keyfiyyətini dəyişir. Ərimiş dondurmalar yenidən dondurularaq təkrar satışa çıxarılır. Bu “prosesdə” artıq keyfiyyət göstəriciləri dəyişmiş dondurmalar əvvəlki keyfiyyətə malik məhsullar kimi istehlakçıya təklif olunur. Odur ki, xüsusi  saxlama şəraiti tələb edən bu cür məhsulları alarkən diqqətli olmaq tövsiyə olunur. Əks halda problemlərlə üzləşə bilərsiniz”.

QHT sədri deyir ki, saxlanma temperaturunun daimiliyi dondurmanın keyfiyyətini təmin edən əsas şərtlərdən biridir. Saxlanma temperaturunda dəyişikliklər olduqda bu məhsullarda mikrobioloji proseslər başlayır və bu yoluxma etimalını artırır.

“Normativ texniki sənədlərdə bu cür həssas qida məhsullarının saxlanmasına xüsusi tələblər qoyulub. Belə ki, dondurmaların saxlanma müddətləri növünə, tərkibinə və saxlanılma rejminə görə müəyyən edilir. Tərkibində konservantlar, emulqatorlar, eləcə də digər əlavələr və qatdılar olmayan  südlü dondurmalar mənfi 180C-dən yüksək olmayan temperaturda 1 ay, qaymaqlı dondurmalar 1,5 ay, plombir dondurmaları isə 2 ay saхlanılmalıdır.  İstehsal prossesində  tərkibinə saxlama müddətinin artırılmasına zəmanət verən konservantlar, stabilizator-emulqatorlar və digər qida əlavələri əlavə edilmiş südlü, qaymaqlı və plombir dondurmaları isə mənfi (18+-2)0C-dən yüksək olmayan temperaturda ən çoxu 10 ay saxlanıla bilər.

Meyvə nektarlarının saxlama müddəti 00-200C temperaturda ən çoxu 9 ay, feyxoa nektarının isə 6 aydır. Qazlı sular 00-120C temperaturda ən çoxu 6 ay saxlanılmalıdır.  50-200C temperaturda dəmir tərkibli təbii mineral sularının saxlama müddəti 4 ay, digər mineral sular üçün isə 12 aydır.

İstehlakçılardan diqqət, satıcılardan isə qanunvericiliyin tələblərinə əməl etmək tələb olunur. Necə deyərlər, sağlamlığımız öz əlimizdədir!”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama