Modern.az

Prezident Bayraq Meydanı Kompleksi İdarəsinin rəisini vəzifədən azad etdi

Prezident Bayraq Meydanı Kompleksi İdarəsinin rəisini vəzifədən azad etdi

Ölkə

4 May 2015, 16:10

Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Rəşad Məmmədovun Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Rəşad Rəfael oğlu Məmmədov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edilsin.

Qeyd edək ki, Rəşad Məmmədov 27.04.2011-ci il tarxində Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilmişdi.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi