Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin ən məşhur əsəri “Yüz ilin tənhalığı” romanının ilk nüsxəsi Kolumbiyadakı kitab sərgisində oğurlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, həmin nüsxəsinin üzərində Markesin əl yazısı və imzası da olub. Kitab sərgidə qapalı bir şüşədə saxlanılırdı. Lakin müşahidə kameralarının dolmasına baxmayaraq, oğrular kitabı aradan çıxara bilib.
Ötən il 87 yaşında dünyasını dəyişən kolumbiyalı məşhur yazıçı Qabriel Qarsia Markes 1982-ci ildə bu romana görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Elmin NURİ