Modern.az

9 mayda Bakıdakı bu yollar BAĞLANACAQ

9 mayda Bakıdakı bu yollar BAĞLANACAQ

9 May 2015, 00:20


Bakı 2015 Avropa Oyunlarına hazırlıq tədbirinin keçirilməsi ilə əlaqədar may ayının 9-da saat 12:00-dan 15:00-dək və 17:30-dan 19:00-dək paytaxtın Mehdi Hüseyn küçəsinin Parlament Prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Modern.az-ın məlumatına görə, bu xəbərdarlığı Baş Dövlət Yol Polisi İdarəsi edib. Bununla yanaşı saat 12:00-dan 19:00-dək olan müddət ərzində Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrində və metronun “Koroğlu” stansiyasında sıxlığın yarana biləcəyi ehtimal olunduğundan şənbə günü, ictimai nəqliyyatdan istifadə edəcək şəxslərə yuxarıda sadalan məsələləri nəzərə almaq tövsiyə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi onu da bəyan edib ki, Heydər Əliyevin xatirəsinə həsr olunmuş “TOUR d’ AZERBAİDJAN” beynəlxalq velosiped turunun 4-cü mərhələsinin keçirilməsi ilə əlaqədar 9 mayda aşağıdakı yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:

Ağdaş-Zarağan-Qəbələ yolu (hər iki istiqamətdə)
saat 09:00-dən 10:50-dək, 

Ağdaş-Xaldan-Yevlax yolu (hər iki istiqamətdə)
saat 10:40-dan 11:10-dək, 

Xaldan-Yevlax-Aran-Mingəçevir yolu (hər iki istiqamətdə)
 saat 11:00-dan 14:00-dək fasilələrlə. 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama