Modern.az

Azərbaycanlı jurnalistlər Çavuşoğlu ilə görüşəcəklər

Azərbaycanlı jurnalistlər Çavuşoğlu ilə görüşəcəklər

Media

11 May 2015, 14:37

Mayın 12-də Parlament Jurnalistləri Birliyinin (PJB) 4 üzvü Türkiyəyə gedəcək.


Bu barədəModern.az  saytına Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirib.

Məqsəd Türkiyə-Azərbaycan media əlaqələrinin gücləndirilməsinə təkan verməkdir.

“Səfər Türkiyə Qəzetçilər Federasiyasının sədr müavini, Alanya Qəzetçilər Cəmiyyətinin sədri Mehmet Ali Dimin dəvəti ilə gerçəkləşəcək. 


PJB üzvləri Elşad Paşasoy, Aqil Aslan, Pərvin Abbasov və Fərəh Sabirqızının iştirak edəcəyi səfər mayın 17-də başa çatacaq.

Səfər müddətində azərbaycanlı jurnalistlər bir sıra mühüm görüşlər keçirəcəklər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək jurnalistlər bu ölkənin telekanallarına canlı yayına da çıxacaqlar”.  

 

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi