Modern.az

Hansı deputatlar I Avropa Oyunlarına bilet alıb, hansılar yox?..

Hansı deputatlar I Avropa Oyunlarına bilet alıb, hansılar yox?..

14 May 2015, 09:36

Azərbaycan I Avropa Oyunlarına hazırlaşır. İyunun 12-dən 28-dək Bakıda keçiriləcək bu oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışacaq.

Modern.az saytı Milli Məclisin deputatlarından oyunları canlı izləmək üçün bilet alıb-almadıqları ilə maraqlanıb.

Aydın Mirzəzadə:

“Övladlarım artıq biletlər alıblar. Mən özüm də deputat kimi açılışa dəvət ediləcəm. Amma digər oyunlarda ailəvi olaraq tamaşaçı kimi iştirak edəcəyik. İdman sağlamlıq deməkdir. Avropa Oyunları dünyanın ən güclü atletlərinin toplaşdığı tədbirdir. Bu səbəbdən hansısa oyuna baxmağın fərqi yoxdur. Amma övladlarım bir necə oyunlara bilet alıblar. Ailəvi şəkildə həmin oyunlara tamaşa edəcəyik”.

Fazil Mustafa:

“İlk olaraq I Avropa Oyunlarının açılışında iştirak edəcəm. Artıq bir çox oyunlara baxmaq üçün də bilet sifariş vermişəm. Bir sıra oyunlara canlı olaraq baxmaq istəyirəm. Daha çox çimərlik futboluna, güləşə və basketbola üstünlük verirəm. Atıq çimərlik futboluna biletlər alınıb. Təbii ki, bütün oyunlara baxmaq üçün vaxtım olmayacaq. Amma bir necə oyuna tamaşa etməyi  düşünürəm”.

Rövşən Rzayev:

“Hələlik bilet almamışam. Amma almaq fikrim var. Həm açılışda, həm də məni maraqlandıran oyunlarda tamaşaçı olaraq iştirak edəcəm”.

İqbal Ağazadə:

“Hələ ki bu barədə düşünürəm. İş qrafikimə uyğun olsa, oyunlara baxmağa gedəcəm. Ümumiyyətlə, idmana həvəsim var. Amma hələlik oyunlara bilet almamışam”.

Sabir Rüstəmxanlı:

“I Avropa Oyunlarının açılışı tarixi bir hadisə olacaq. Hesab edirəm ki, açılışa deputatlar dəvətli olacaq. Ona görə də açılışa bilet almağa ehtiyac yoxdur. Digər oyunlara isə hələlik bilet almamışam. Alıb-almayacağımı da dəqiq bilmirəm. Ümid edirəm ki, Azərbaycan güclü olduğu idman növləri olan boks və güləşdə hökmən xeyli qızıl medal alacaq. İmkanım olsa, o yarışlara baxacam”.

Vahid Əhmədov:

“Hələlik bilet almamışam. Bu barədə düşünürəm. Bilet alsam, nəvələrim üçün alacam. Əsəs olaraq boks və güləş oyunlarına baxmaq istəyərdim”.

Zahid Oruc:

“I Avropa Oyunları tarixi hadisədir. Orda iştirakımız bir vətəndaş borcudur. Aldığımız biletlər də hansısa yarışları izləməkdən daha çox tarixi hadisədə canlı olaraq iştirak etmək üçündür. Açılış mərasimində iştirak edəcəm. Digər iki oyun üçün 3 bilet alınıb. Oyunları övladımla birgə izləyəcəm. Həmçinin Azərbaycan idmançılarının hansı idman növü üzrə irəliləyəcəyini izləyərək, o yarışlara baxmaq üçün bilet almağa çalışacağıq”.

Musa Quliyev:

Açılışda iştirak edəcəm. Digər oyunlarda iştiraka isə baxacağıq”.

 Sevinc Yasinqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama