Modern.az

Ərdoğan və xanımı MHP üzvünə zəng edib ona dəstək oldular

Ərdoğan və xanımı MHP üzvünə zəng edib ona dəstək oldular

Ölkə

14 May 2015, 23:23

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ölkə parlamentinin Milliyyətçi Hərəkat Partiyasından(MHP) olan sədr müavini Meral Akşenerə zəng ediblər.

Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə onların zəngi vitse-spiker haqqında ortaya çıxan kaset qalmaqalı ilə bağlı olub.  

Ərdoğan cütlüyü aparılan qarayaxma kampaniyası səbəbi ilə Meral Akşenerə bildiriblər ki, bundan dərin təəssüf hissi keçirirlər.  

Onlar Meral Akşenerə dəstək olduqlarını bəyan ediblər.

Qeyd edək ki, adıçəkilən vitse-spikerin bir qadına yaraşmayan görüntülərinin olduğu iddia edilir. İddianı irəli sürən isə jurnalist Lətif Ərdoğandır.  

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi