Azərbaycan prezidenti İlham Əliyev İlqar Əziz oğlu Mustafayevin Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az saytının məlumatına görə sərəncamda qeyd olunur:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
İlqar Əziz oğlu Mustafayev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi təyin edilsin”.Bayraq Meydanının bundan əvvəlki rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub.
Səbayel Rayon Məhkəməsinin qərarı ilə R. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Modern.az