Modern.az

“Türk Millətinin xidmətçisi” mükafatının qalibləri olan deputatlar bəlli oldu

“Türk Millətinin xidmətçisi” mükafatının qalibləri olan deputatlar bəlli oldu

Qarabağ

27 Sentyabr 2010, 11:46

Sentyabrın 28-də Müslüm Maqamayev adına Dövlət Filarmoniyasinda “Yeni Nəsil Azərbaycan Gəncliyi” ictimai birliyi tərəfindən “Türk Millətinin xidmətçiləri”nin mükafatlandırılması mərasimi  keçiriləcək.
“Yeni Nəsil Azərbaycan Gəncliyi” ictimai birliyindən Modern.az-a verilən məlumata görə, ödül törəninin əsas məqsədi Türkiyə və Azərbaycan qardaşlığına fayda vermiş tanınmış xadimlərin fəaliyyətinə qiymət verməkdir.

Təşkilatın sorğusu nəticəsində “Türk Millətinin Xidmətçisi”  ödülünə  millət vəkilləri Əli Hüseynov, Qənirə Paşayeva, Nizami Gəfərov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Türkiyə tərəfindən isə millət vəkilləri Mustafa Kabakçı, Atilla Kaya, Kürşat Tüzmən, Türkiyə Cumhuriyyətinin ölkəmizdəki səfiri Hülusi Kılıç,  KKTC-dən Serdar Denktaş, Azərbaycandakı türk iş adamı Yavuz Kələş, araşdırmacı yazar Səlcuk Düzgün layiq görülüb.

Bundan əlavə, bu münasibətlərin inkişafındakı roluna görə Azərbaycanın İctimai Televiziayası, Türkiyənin TRT kanalı, TUSİAB və TİKA təşkilatları da ödül alanlar sırasındadır.

Azərbaycan gəncliyinin inkişafında göstərdikləri xidmətlərə görə millət vəkili Fuad Muradov (ARGTMŞ), Rövşən Rzayev, QHT rəhbərlərindən Ceyhun Osmanlı (“İrəli” İB), Vüsalə Hüseynova (DİGİB)  də xüsusi diplomla təltif olunacaqlar.
Digər nominasiyada millət vəkili  Əkrəm Abdullayev, Türk PA-nın baş katibi Ramil Həsənli, QHT rəhbərlərindən Anar Xəlilov (SİMİB), Əkbər Qoşalı (TDYİB), Emin Həsənli, Çingiz Bayramov, Əhməd Tecim (GYF), “Türküstan” qəzeti, Xanəmir Telmanoğlu, Kərəm Məmmədov, Səftər Rəhimli, Vaqif Bayatlı Odər, Ağalar Məmmədov, Razim Əliyev, Şəmistan Nəzirli də mükafata layiq görülüblər.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama