Bu dəqiqələrdə Bakıda daha bir üzlənmiş binada dəhşətli yanğın baş verib. Modern.az saytı xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yaşanır.
Modern.az-a məlum olub ki, yanan bina Bakı şəhəri Azadlıq prospekti 289 ünvanındakı 16 mərtəbəli yaşayış binasıdır. Yüksək sürətlə davam edən yanğının əsas səbəbi kimi binadakı tez alışan üzlük göstərilir. Hadisə yerinə çox sayda yanğınsöndürən maşınlar cəlb olunub.
Olayla bağlı əlavə məlumat verəcəyik...
Nazirliyin verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi davam edir. Əlavə məlumat veriləcək.