Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasında baş verən yanğın hələ ki davam edir. Modern.az saytının məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Az öncə isə alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin helikopteri də gətirilib.
Modern.az