Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar saat 14:30 olan son məlumatlara əsasən 41 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.
Modern.az saytı xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yaralılardan 17-si 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 4 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 2 nəfər 6 saylı BŞX-na, 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.
Bu saata olan son məlumatlara əsasən, ölənlərin sayı 10 nəfərdir. Daha 7 nəfərə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.
***
Səhiyyə Nazirliyinin son məlumatına görə, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar saat 15:00-dək 61 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.
Bunlardan 30-u 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 5 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.
Bu saata olan son məlumatlara əsasən, ölənlərin sayı 13 nəfərdir. Digər 10 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.
***
Səhiyyə Nazirliyinin son məlumatına görə, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğından zərər çəkən yararlıların sayı 64 nəfərə çatıb. Bunlardan 30-u 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 5 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 2 nəfər 6 saylı BŞX-na 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.
Bu saata olan son məlumatlara əsasən ölənlərin sayı 15 nəfərdir.
***
Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar olan son məlumatlara əsasən 54 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, bütün lazımi tibbi müdaxiləyə, həkimlərin səylərinə baxmayaraq, aldıqları müxtəlif bədən xəsarətlərindən 16 nəfər dünyasını dəyişib.
Hazırda yaralıların 32 nəfəri 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 5 nəfəri Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna 2 nəfər 6 saylı BŞX-na, 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.
“Yanğın başlanan andan etibarən, hadisə yerində çalışan 30 Təcili və Təxirəsalınmaz Tibbi Yardımın briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqadamız hazır vəziyyətdə hadisə yerində qalır”-deyə Səhiyyə Nazirliyi bəyan edib.
Modern.az