Bu gün Bakının Binəqədi rayonu ərazisində 16 mərtəbəli yaşayış binada baş verən və çoxsaylı insan tələfatına səbəb olan yanğınla bağlı bir sıra yüksək çinli məmurlar hadisə yerinə getsələr də, fövqəladə hallar naziri göz dəymədi.
Hadisə yerinə gedən daxili işlər Naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralovun yanında Fövqəladə Hallar Nazirliyini nazirin müavini Etibar Mirzəyev təmsil etdi...
Modern.az saytı xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti 19 may tarixində Özbəkistan Respublikasının fövqəladə hallar naziri Tursinxan Xudayberqenovun dəvəti ilə həmin ölkəyə rəsmi səfərə gedib. Səfərin həyata keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Özbəkistan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq və fəlakətlərə daha effektiv cavabvermə üzrə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq perspektivləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edilməsidir.
Modern.az