Modern.az

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən BAŞSAĞLIĞI

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən BAŞSAĞLIĞI

20 May 2015, 09:58


Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi 19 may 2015-ci il tarixdə Bakı şəhərində, yaşayış binasında baş vermiş dəhşətli yanğında həlak olanlarla bağlı başsağlığı verib. Başsağlığında deyilir:

“Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi 19 may 2015-ci il tarixdə Bakı şəhərində, yaşayış binasında baş vermiş dəhşətli yanğın hadisəsi nəticəsində dünyasını dəyişənlərin, o cümlədən Birinci Avropa Oyunlarının könüllüsü Eyvazova Ülkər Hamir qızının, eləcə də anası Şirinova Zülfiyyə Yavər qızı və qardaşı Eyvazov Davud Hamir oğlunun faciəli şəkildə həlak olmalarından kədərləndiyini bildirir və mərhumların ailələrinə dərin hüznlə başsağlığı verir”.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?