Səhiyyə Nazirliyi Bakıda hündürmərtəbəli binada baş verən yanğın nəticəsində xəsarət alanlar barədə son məlumatları açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Modern.az saytına bildirib ki, hadisə zamanı 14 nəfərin meyiti çıxarılıb: “Xəstəxanaya yerləşdirilən yaşlı qadın da gecə saatlarında vəfat edib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir”.
Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasında baş verən yanğın zamanı vəfat edənlər Məhərrəmova Fərəh Elnur qızı (3 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş) və Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), Eyvazov Davud Hamir oğlu (16 yaş), Eyvazova Ülkər Hamir qızı (21 yaş), Bağırov Sahib Rəhim oğlu (49 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğludur (2 yaş), onlar 58 yaşlı Həsənova Alla Antonovna, 67 yaşlı Utuyevsil Yuri Vladimroviç və 68 yaşlı Yəhyayeva Elmira Əliağadır.Bu gün səhər saatlarında dövlət başçısı İlham Əliyev Bakının Azadlıq prospektində yanğının baş verdiyi əraziyə gəlib.
Gülşən RAUFQIZI