Müsavat Partiyası Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin Vurğun Əyyubun partiyadan xaric edilməsi barədə qərarı ləğv edilib. Qərar təşkilatın Şura iclasında qəbul edilib.
Modern.az-a açıqlama verən Vurğun Əyyub məsələyə münasibət bildirib:“Şuranın mənim haqda olan qərarı mətbuatdan oxumuşam. Özəy mənim haqda olan qərar şura tərəfindən ləğv edilib. Şuradan açıqlama gətirilib ki, qərar nizamnamədən kənar qəbul olunub və protokollar saxtalaşdırılıb.
Ona görə də o protokollar ləğv edilib, özəyin seçkili orqanlarını şura buraxıb və özəy sədrinə töhmət elan edib.
Mən özüm partiya təsis edirəm. Yenə də Binəqədi rayon təşkilatının üzvlərinə hüquqi və demokratik mövqelərinə görə təşəkkür edirəm.
Bu onu göstərir ki, partiya da heç də hamı partiya rəhbərliyini ələ keçirilmiş Arif Hacılı qruplaşmasının nizamnamədən kənar addımlarına göz yummaq, onların sifarişçi qərarlarına tabe olmaq niyyətində deyil. Amma partiyanın indiki rəhbərliyi də düşünülməmiş tələm-tələsik reaksiya verib ki, şuranın belə bir qərar vermək ixtiyarı yoxdur.
Nəyə əsaslanıb belə danışırlar bu məlum deyil. Təəsüflər olsun ki, rəhbərliyi ələ keçirən adamlar Şuranın qanuni bir qərarını tanımaq istəmirlər“.
Sevinc Yasinqızı