Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul olmaq istəyən azərbaycanlı abituriyentlər üçün keçirdiyi test imtahanının nəticələrini elan edib.
Komissiyadan Modern.az saytına verilən məlumata görə, test imtahanının nəticələri mayın 17-də bilinib.
İmtahanda iştirak edən abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahan nəticələrini həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda 10 abituriyent iştirak edib.
Onlardan ən yüksək nəticə göstərmiş 5 nəfər müsahibə mərhələsinə dəvət olunublar.
Müsahibə may ayının 21-də TQDK-nın Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m ünvanında yerləşən inzibatı binasında keçiriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanılacaq.
Yeganə OQTAYQIZI